sou
13.09.2018
Allahı və Məryəmi söyən aktyorun məhkəməsi olacaq

Allahı və Həzrəti Məryəmi təhqir etməkdə günahlandırılan ispan aktyor Uilli Toledo polis tərəfindən saxlanılıb.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, aktyorun saxlanılmasına səbəb haqqında irəli sürülən ittihamla bağlı məhkəmə iclaslarına qatılmamasıdır. 48 yaşlı Toledonun ötən il “Facebook”da Allahı və Məryəmi söydüyü bildirilir. Aktyor isə ittihamları qəbul etməyərək hər hansı cinayət törətmədiyini deyib.
Uilli bu gün məhkəmədə hakim qarşısına çıxacaq.


