Bakcell növbəti dəfə sosial şəbəkələrdə ən yüksək nəticə göstərdi













Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub.

“Qafqazinfo” xəbər verir ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin “Facebook” şəbəkəsində 2018-ci ilin II rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, göstərilən müddət ərzində Bakcell şirkəti özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci rübü ərzində də abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunmuşdur. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

Bakcell abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər