hadise
13.09.2018
Maşından 10 min dollar oğurladılar

Abşeron rayonu ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlanıb.
"dogruxeber.tv" DİN-ə istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıb.


