Uşağı gec yeriyən valideynlərin nəzərinə: bunları etməyin!













Övladının yeriməyini görmək bütün ana-ataların arzusudur. Türkiyəli pedaqoq Əminə Ergünün uşaqların gec yeriməsi ilə bağlı fikirlərini təqdim edirik.
Milli.az xəbər verir ki, yerimək uşaqlar üçün vacib bir hadisədir. Müstəqilliyin ilk və əhəmiyyətli pilləsidir. Uşaqlar iməkləyərək bir çox yerə özü çata bilir, əldə edə bilmədiklərinə isə əllərini uzadaraq nail olur. Lakin yeridikdən sonra artıq hərəkət qabiliyyəti artır və istədiyi yerə, hədəfə çata bilir: “İnkişaf müddətində uşaqların 8-10 aylığında iməkləməsini, 12-14 aylığında yeriməsini gözləyirik. Bəzən uşaqlar iməkləmədən birbaşa yeriməyə başlayırlar. 8-10 aylığında iməkləməyən uşağın 11-12 aylığında ayağa qalxıb yeridiyinin də şahidi oluruq. Bu cür vəziyyət inkişafın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və narahat olacaq bir hal deyil”.
Sirr deyil ki, tez yeriyənlər kimi gec yeriyən uşaqlar da var: “Bir uşağın yeriməsi üçün maksimum gözləmə müddəti 15-18 aya qədərdir. Artıq 18 aylıq bir uşaq ayağa qalxmırsa, addımlayaraq, tutaraq və ya əlindən tutan zaman heç yerimirsə, mütləq müayinə edilməlidir”.
Ə. Ergünün uşaqların gec yerimə səbəblərini bu cür sıralayıb:
Fiziki inkişaf problemi
Zehni inkişaf problemi
Əzələlərlə bağlı problemlər
Sümük əyriliyi
Vitamin əskikliyi
Körpə vaxtı D vitamini verilməməsi
Ana-ataya həddən artıq bağlılıq
Uşağın həddən çox qucaqda saxlanması
Yerimək istəyən uşağın bir neçə dəfə yıxılması nəticəsində qorxu yaranması
Həkim bildirir ki, əgər uşağın yeriməməsi inkişaf baxımından problem və ya tibbi bir narahatlıqla bağlıdırsa, bu halları aradan qaldırmaq üçün tibbi müayinə şərtdir. Lakin uşaqların yeriməsi ana-ata bağlılığı və uşağın qorxuları ilə əlaqəlidirsə, bu cür vəziyyətlərdə valideynlərin düzgün və sağlam münasibət inkişaf etdirməsi, uşağın rahatlandırılması və qayğılarının azaldılması vacibdir.
Pedaqoq bunun üçün valideynlərə məsləhət verir:
Həddən çox qoruyucu rəftarlarından vaz keçməlidirlər
Uşaq hər dəfə ayağa qalxıb yeriyəndə ana-atalar qayğı ilə uşağın yanına getməməlidirlər
Əlindən tutaraq uşağa dəstək olmalıdırlar
Yeridiyi zamanlarda uşağa dəstək olmalıdırlar
Uşağın yanında “yerimir, nə vaxt yeriyəcək?” kimi söhbətlər etməməlidirlər
Uşağa “qorxma, yerimə” kimi təlimatlar yerinə “sənə güvənirəm” kimi motivasiyaedici sözlər deməlidirlər
Uşaqlar büdrədikdə və ya yıxıldıqda “ağrıtdı? Çox ağrıtdı” sualları verməməli, əskinə, “əlini ver qalxaq” kimi yanaşılmalıdır
Uşaq yerimək kimi, yıxılmağın da təbii olduğunu bilməlidir
Uşaq yeriyən zaman stol, stul, çarpayı və ya başqa əşyaya dəyərsə, “ora pisdir, uşağımı incitdi” deyərək reaksiya verilməməlidir.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər