Azərbaycanda maskalı silahlı şəxslər evə HÜCUM ETDİ (YENİLƏNİB-TƏFƏRRÜAT)













Ağstafada iki nəfər maskalı şəxsin evə hücumunun təfərrüatı məlum olub.
Azinforum.az report-a istinadən xəbər verir ki, gecə saatlarında Ağstafa rayon sakini Azər Mustafayevə məxsus evə iki nəfər maskalı şəxs hücum edib. Onlardan birində “Kalaşnikov” avtomatı olub. A.Mustafayev pul tələb edən şəxslərdən birinə müqavimət göstərərək onunla əlbəyaxa olub. Bu zaman silahdan iki dəfə atəş açılıb. Güllələrdən biri zərərçəkənin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu 29 yaşlı Əmirxan Mustafayev də hücum edən şəxsi zərərsizləşdirmək üçün mübarizəyə qoşulub. Bu zaman silahın qundağı onun başına dəydiyi üçün baş nahiyəsindən xəsarət alıb. Mübarizədən qalib ayrılan ata və oğlu silahlı şəxsi – Ağstafa rayon sakini, 56 yaşlı Ceyhun Novruzovu yerə yıxaraq iplə əllərini bağlayıblar. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına təhvil veriblər.
Ev sahibinin bildirdiyinə görə, hadisəni törədənlər iki nəfər olub, daha bir nəfər (sürücü) isə həyətdə gözləyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10:58
Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.
Unikal.org report-a istinadən xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.
Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.
Digər şəxs isə hadisə yerindən qaçıb.
Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.
Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.

Oxunub: 807

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər