dunya
4.08.2018
Silahlı şəxslər yaşayış binasına hücum etdi - 11 ölü

Meksikanın Çiuaua ştatında silahlı şəxslər yaşayış binasına hücum edib.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 11 nəfər öldürülüb. Onlardan 8-i kişi, 3-ü qadındır. Polisin ehtimalına görə, hücum iki yerli cinayətkar qruplaşma arasında yaranan münaqişə nəticəsində baş verib.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.


