dunya
18.09.2018
Əfqanıstanda 9 polis öldürülüb

“Taliban” radikal qruplaşması Əfqanıstanda nəzarət-buraxılış məntəqəsinə hücum edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum Bəlx əyaləti ərazisindəki rayonların birində baş verib. Hadisə nəticəsində azı 9 əfqan polisi həlak olub. Terror dəstənin itkisi barədə isə heç bir məlumat yoxdur.
Aysel Kərimova


