Məktəbdəki davaya səbəb nazirliyin qərarı olub - TƏFƏRRÜAT
















Bu gün Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında dava olub, valideynlərdən biri mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntüdən bəlli olur ki, davaya valideynlər də qatılıb, direktor özbaşınalıqda günahlandırılır.

Adını açıqlamayan müəllimlərdən biri davanın baş vermə səbəbini virtualaz.org-a danışıb. Onun sözlərinə görə, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

"Təhsil Nazirliyinin qərarına görə, diaqnostik qiymətləndirmədə 10 baldan aşağı nəticə göstərən müəllimlərə 1-6 saat dərs verilir. Direktor da nazirliyin qərarı ilə onlara cəmi 6 saat dərs verib. Müəllimlərə təkrar imtahan verməlidirlər", -müəllimə deyib.

Əlavə edib ki, tərəflər arasında əlbayaxa dava olmayıb, sadəcə dərs saatından narazı qalan müəllimlər qışqırıblar. Həmçinin valideynləri direktorun üstünə qaldırıblar. Nəticədə məktəbdə həm valideynlər, həm də müəllimlər arasında parçalanma yaranıb, tərəflər bir-birini ittiham edirlər. Dava ilə bağlı görüntülər yayılndan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Müəllimə bildirib ki, hazırda Leyla İsmayılova məktəbdə deyil, onun, yoxsa valideynləri məktəb rəhbərliyinin üzərinə qaldıran müəllimlərin cəzalandırılacağı bəlli deyil. Hər iki tərəf nazirliyin qərarını gözləyir.

Məktəbin telefonuna cavab verən digər müəllim isə təkcə dərs bölgüsü ilə bağlı narazılıq yaranmadığını söyləməklə kifayətlənib. "Direktor istirahət üçün icazə alıb, sabah məktəbə gələndə özü açıqlama verər".

Təhsil Nazirliyindən isə hələlik məsələyə münasibət bildirməyiblər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər