Əgər Paşinyan bu cür danışırsa Mnatsakanyanla görüşməyin nə mənası?!…













Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, tezliklə onunıa Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş barədə rəsmən elan olunacaq. Mnatsakanyan bu haqda Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Təfərrüatlara varmasa da bəllidir ki, Mnatsakanyan Məmmədyarovla Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq görüşü barədə danışır. Azərbaycan xarici işlər naziri sessiyada iştirak etmək üçün artıq Nyu-Yorka yola düşüb.



Z.Mnatsakanyan Qarabağ məsələsi barədə az qala hər gün ziddiyətlər dolu bəyanatlar verən baş nazir Nikol Paşinyandan fərqli olaraq diplomatik üslub istifadə edərək deyib ki, Ermənistan Qarabağ məsələsinin bu regionda yaşayan ermənilərin rəyi nəzərə alınmadan həll edilə bilməz. Hərçənd Ermənistan indi də danışıqlardan imtina etmir, yəni “DQR”in iştirakı təmin edilmədən də danışıqları davam etdirməyə hazırdır.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyət başına gələndən bəri tez-tez Qarabağa dair ziddiyətli, danışıqlar prosesini korlayan və qızışdırıcı mahiyyət daşıyan bəyanatlar səsləndirir.

Məsələn, Paşinyan baş nazir seçiləndən dərhal sonra Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib bildirdi ki, onun Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatı yoxdur. Çünki Dağlıq Qarabağ erməniləri ona səs verməyiblər və seçməyiblər. Və Paşinyan bildirdi ki, danışıqlardan imtina etmir, amma Ermənistanın adından danışa bilər. Dağlıq Qarabağın adından isə onun öz nümayəndəsi danışmalıdır.



Bu bəyanat Ermənistanın özündə də kəskin tənqidlərə səbəb oldu və Paşinyanı Yerevanın Qarabağ məsələsinə mövqeyini zəiflətməkdə günahlandırdılar.

Sonralar Paşinyan bu primitiv və populist yanaşmanı bir qədər “təkmilləşdirdi”, bildirdi ki, danışıqları davam etdirə bilər, ancaq Dağlıq Qarabağın iştirakı olmadan hansısa nəticə əldə edilə bilməz.

Bunun ardınca isə Paşinyan çıxışlarından birində Dağlıq Qarabağı ümumiyyətlə “Ermənistanın tərkib hissəsi” kimi gördüyünü bildirdi. Nəticədə aydın olmadı ki, əgər belədirsə Paşinyan Dağlqıq Qarabağın adından danışmağa səlahiyyətinin çatmadığını niyə deyirdi.

Bu da kifayət etmədi, Paşinyan növbəti çıxışında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini münaqişənin yeganə mümkün həlli kimi təqdim etdi. Yaxud o, populizmin dərəcəsini daha da artıraraq Azərbaycana hər hansı torpaq güzəştindən söhbət getməyəcəyini dedi.

Rəsmi Bakı əvvəllər Nikol Paşinyanın bu ziddiyətli bəyanatlarına təmkinlə yanaşırdı və ona diplomatik üslub çərçivəsində cavab verirdi. Lakin belə görünür ki, Ermənistan baş nazirinin bir çox hallarda sərsəm xarakter daşıyan bəyanatları Azərbaycan tərəfinin səbrini daşırıb. Prezident İlham Əliyev son çıxışlarında onun ünvanına kəskin ifadələr işlədib və Ermənistanın yeni hakimiyyətinin əvvəlki hakimiyyətin ölkəni uçuruma aparan səhvlərini təkrarladığını bildirib.

Belə vəziyyətdə aydındır ki, yaxın aylarda Ermənistanla yüksək səviyyədə hər hansı danışıqlar mümkün deyil. Paşinyan onu hakimiyyətə gətirən səbəbləri-yoxsulluğu, səfaləti, işsizliyi aradan qaldırmaq üçün ciddi addımlar atmaq imkanında olmadığına, xalqa verdiyi vədlərə əməl edə bilmədiyinə görə küçənin dəstəyini ən azından növbədənkənar parlament seçkilərinə qədər qoruyub saxlamağın yeganə yolunun Qarabağ məsələsi ətrafında ifrat radikallıq və populizm olduğunu görür. Belə vəziyyətdə nə qədər peşəkar diplomat olsa belə Zöhrab Mnatsakanyanla danışmağın nə mənası?


Əgər Paşinyan bu cür danışırsa Mnatsakanyanla görüşməyin nə mənası?!…


Əgər Paşinyan bu cür danışırsa Mnatsakanyanla görüşməyin nə mənası?!…

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər