Ukraynada “bomj”a çevrilən keçmiş sovxoz direktoru Yusif Nağıyev Göyçaya qaytarılır













Ötən əsrin 90-cı illərinin əvvəllərində qazanc dalınca Ukraynaya gedən və hazırda Mariupol şəhərinin parklarından birində “bomj” həyatı yaşayan Azərbaycan vətəndaşı, özünün dediyi kimi sovet dövründə sovxoz direktoru işləmiş Yusif Nağıyev doğulduğu Göyçay rayonuna qaytarılır. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, onun barəsində yerli saytlardan birində xəbərin dərc olunmasından sonra Azərbaycan səfirliyi və azərbaycan diasporunun nümayəndələri onunla maraqlanıblar. Bu haqda könüllü və fəal İnna Komissarova deyib.

Xatırladaq ki, Yusif Nağıyev “bomja” çevrildikdən sonra təsadüfi işlərdə işləməklə başını dolandırmağa çalışıb, küçələrdə gecələyib. Ötən ilin dekabrında ona Yeni il yolkasına qarovulçuluq etməyi tapşırıblar. Amma Nağıyevin ayaqlarını don vurub və həkimlər onun ayaqlarını amputasiya ediblər.



Y.Nağıyev barədə xəbərin yayılmasından sonra ictimai təşkilatlar da bu evsiz-eşiksiz insana kömək etmək istəklərini bildiriblər. İnna Komissarova isə azərbaycan diasporu icması ilə əlaqə yaradıb, icmanın nümayəndəsi “bomja” baş çəkib. Onun Bakıya videozəngini təşkil ediblər və Yusif Nağıyev nazirliyin nümayəndəsi (hansı nazirlikdən söhbət getdiyi göstərilmir) ilə danışa bilib. Məlum olub ki, ona Azərbaycanda qohumları var və hazırda Nağıyevə Mariupoldakı diaspor nümayəndələri kömək edəcəklərini bildiriblər.

Amma Yusif Nağıyevi doğma Göyçay rayonuna qaytarmazdan əvvəl könüllülər onu Mariupol xəstəxanalarından birində müalicə etmək və yaxşıca yuyub-təmizləmək barədə razılaşıblar.

Beynəlxalq Qırmızı Xaçın nümayəndələri də bu problemlə maraqlanıblar. Bu gün təşkilatın nümayəndələri azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək və əlilə kompleks kömək məsələsi müzakirə olunacaq. Habelə ona sənədlər hazırlamaq məsələsi həll olunur.


Ukraynada “bomj”a çevrilən keçmiş sovxoz direktoru Yusif Nağıyev Göyçaya qaytarılır[sup][/sup]

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər