siyaset
28.09.2018, 12:34
Elçin Əfəndiyevin vəzifəsi də Əli Həsənova TAPŞIRILDI – Baş nazirdən QƏRAR
![]()
Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib.
Qərara əsasən, Komissiyaya sədrlik etmək Baş nazirin müavini Əli Həsənova həvalə olunub.
İndiyə kimi isə sədr vəzifəsini Baş nazirin sabiq müavini Elçin Əfəndiyev icra edirdi.
Qeyd edək ki, gələn il - 2019-da Azərbaycanda əhalinin yeni siyahıyaalınması keçiriləcək. /Muxalifet.az


