hadise
29.09.2018, 11:52
"Qalatasaray"ın oyunuda faciə - Azarkeş öldü

Türkiyə Super Liqasının 7-ci turunda keçirilən “Qalatasaray” – “BB Ərzurumspor” oyunu zamanı azarkeş ölüb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, fasilə zamanı Burhan Kütükoğlu adlı fanat ürək tutmasından dünyasını dəyişib.
“Türk Telekom Stadionu”nda keçirilən qarşılaşmada meydan sahiblərinin azarkeşi ölüb.
Qeyd edək ki, “Qalatasaray” – “BB Ərzurumspor” matçı “Türk Telekom Stadionu”nda keçirildi. Qarşılaşma 1:0 hesabı ilə bitib.


