hadise
30.09.2018
“Söz”ün aktyoru xərçəngdən öldü

Ağciyər xərçəngi olan aktyor Mehmet Uslu dünyasını dəyişib.
dogruxeber.tv qafqazinfo-ya istinadən xəbər verir ki, "Fatmagülün suçu nə?" serialında Rüfət obrazını canlandıran 57 yaşlı aktyor sonuncu dəfə "Söz" serialında Albay rolunda çəkilib.
2 gün əvvəl halı pisləşən Uslu İstanbul Maltəpə Dövlət Xəstəxanasında keçinib. Mehmet Uslu doğulduğu Ağşəhərdə dəfn olunacaq.


