Əliyevlə Paşinyan bir liftdə










“Rossiya 1” telekanalında jurnalist Vladimir Solovyovun “Moskva.Kreml.Putin” proqramının növbəti buraxılışı efirə gedib. Virtualaz.org xəbər verir ki, bu proqramda MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə də geniş yer verilib.

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyəti barədə bir çox maraqlı detallar yer alır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb. Kadrlara əsasən İlham Əliyevlə Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.“Öz özlüyündə bu kadrlar sensasion sayıla bilər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri eyni liftdə gedir. Onlar gərgindir, diqqətlərini cəmləyibər, amma söhbəti zala dxil olana qədər davam etdirirlər”-sammiti izləyən jurnalist Pavel Zarubin şərh edib.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə il dəfə ünsiyyət baş tutub. Tərəflər Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasını müzakirə ediblər və iki ölkə rəhbərliyi arasında birbaşa əlaqə kanalının yaradılması haqda razılığa gəliblər.


Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər