Çempionlar Liqası: "Real" Rusiyaya itikilərlə getdi












Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İspaniya "Real Madrid"i səfərdə Rusiya MOİK-i ilə üz-üzə gələcək. İspaniya klubu ilk turda evdə İtaliya "Roma"sını 3:0 hesabı ilə məğlub edib. MOİK isə səfərdə Çexiya "Viktoriya"sı ilə bərabərə qalıb - 2:2.

Madrid təmsilçisi bu qarşılaşmada 4 əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Serxio Ramos, İsko, Marselo və Qaret Beyl zədə səbəbindən matçda iştirak etməyəcək. Meydan sahiblərindən isə Viktor Vasin, Konstantin Kuçayev, Kristian Bistroviç, Xetaq Kosonov və Abel Ernandes zədəli olduqları üçün bu görüşü buraxacaqlar.

İtaliya "Yuventus"u İsveçrənin "Yanq Boyz"unu qəbul edəcək. Turin təmsilçisi I turda İspaniya "Valensiya"sını 2:0 hesabı ilə yenib. İsveçrə klubu isə evdə İngiltərənin "Manşester Yunayted" komandasına uduzub - 0:3. Meydan sahiblərinin ulduz futbolçusu Kriştianu Ronaldu ilk turda qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyəcək. Son İtaliya çempionu həmçinin, zədəli Duqlas Kostanın xidmətindən yararlana bilməyəcək. Qonaqların heyətində isə Qreqori Vütrix, Cordan Lotomba və Pedro Teyşeyranın bu görüşdə iştirak etməyəcəkləri dəqiqdir.

Günün digər maraqla gözlənilən oyunu Almaniyada baş tutacaq. "Bavariya" Hollandiya "Ayaks"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə evdə Yunanıstan AEK-ini məğlub edə bilib - 3:0 .

Meydan sahiblərinin heyətində Rafinya, Korenten Tolisso, Kinqsli Koman bu görüşü buraxacaq. Hollandiya klubunda isə Coel Veltman, Deili Sinkqraven, Burema Bande və Vaçlav Çerni zədəlidir./Publika.az

Çempionlar Liqası, II tur

2 oktyabr

E qrupu

23:00. AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya)

23:00. "Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya)

F qrupu

20:55. "Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

23:00. "Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)

G qrupu

23:00. MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya)

23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

H qrupu

20:55. "Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya)

Qeyd edək ki, Çempionlar Liqasının II turuna oktyabrın 3-də yekun vurulacaq.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər