Dəhşətli qəza törədən marşrutun sahibi Ziya Məmmədovun qohumudur






Binə qəsəbəsində iki nəfərin ölümü, 41 nəfərin yaralanması ilə nəticələnən ağır qəzaya səbəb olan marşrut avtobusunun aid olduğu Ayşən LTD MMC sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumunundur.

Cumhuriyyet.net Axar.az-a istinadən xəbər verir ki,Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.

Hazırda Bakıda 149 marşrut üzrə 2168 sərnişindaşıma avtobusu fəaliyyət göstərir ki, onlardan 7 marşrut xətti məhz Ayşən LTD MMC-yə məxsusdur.

Qeyd edək ki, Ayşən LTD MMC haqda vergidən yayınma, qiymət artımından sonra sürücülədən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin şərnişinlərlə kobud rəftarı və ciddi qayda pozmaları ilə bağlı onlayn mediada çoxsaylı yazılara rast gəlmək mümkündür. Təkcə ötən il ərzində bu şirkətə məxsus bir neçə avtobusun qəza törətdiyi bildirilir.

Hətta Bakı Apellyasiya Məhkəməsinin rəsmi saytında 2016-cı il 7 mart tarixində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq işlər arasında MMC-nin sürücüsünün törətdiyi hadisə də olub. Belə ki, 2 il öncə Ayşən LTD MMC-nin sürücüsü Ələkbərov Asən Musa oğlunun Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli hökmündən cavabdeh Ayşən LTD MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Sürücü A.Ələkbərova açılan cinayət işi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması ilə bağlı olub.

Qeyd edək ki, dünən saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə biri 13 yaşlı məkltəbli olmaqla, 2 nəfər dünyasını dəyişib, 41 sərnişin yaralanıb.

Son xəbərlər

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Bütün xəbərlər