dunya
3.10.2018, 07:08
Kürdüstanın eks-başçısı İraq prezidenti oldu

İraq parlamenti ölkənin yeni prezidentini seçib.
İlk mərhələdə prezidentliyə namizədlərin heç biri lazımi səsi toplaya bilməyib.
Parlament ikinci mərhələdə İraq Kürd Muxtariyyətinin eks-rəhbəri Bəhram Salehi ölkə başçısı seçib.
Andiçmə mərasimində yeni prezident ölkənin ərazi bütövlüyünü qoruyacağını, bütün İraqın prezidenti olacağını qeyd edib./Publika.az


