XİN-in yeni mətbuat katibi: "2 övladım var" - MÜSAHİBƏ






Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbərinin vəzifələrini icra edən şəxs təyin edilib.

Jurnalistlərin suallarına bundan sonra Leyla Yaşar qızı Abdullayeva XİN-in yeni mətbuat katibi olaraq cavab verəcək.

2002-ci ildən Xarici İşlər Naziriyində çalışan L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva Modern.az-a müshaibə verib. Müsahibəni təqdim edirik.

- Leyla xanım, Sizi bu vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Mümkünsə, özünüz haqqında məlumat verərdiniz.

- 1981-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Bakıda almışam və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil almışam. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışıram. Nazirlikdə çalışdığım müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olmuşam.

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərmişəm. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində direktor müavini vəzifəsində çalışmışam. Ailəliyəm, iki övladım var.

- XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Mövcud mürəkkəb geostrateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatımızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.

Oxunub: 808

Son xəbərlər

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bütün xəbərlər