Kərkükdə ərəblər türkləri sıxışdırır





İraqın türkmənlər yaşayan Kərkük bölgəsində yerli əhali əraziyə sonradan köçürülən ərəblər tərəfindən sıxışdırılır. Tarixən məskunlaşdıqları boş ərazilər türkmənlərin əlindən alınıb, ərəbləşdirmə siyasəti başlayıb.

Bu barədə virtualaz.org-a türkmən millətçisi, İraq Nazirlər Komitəsinin Kərkükdəki siyasi məhbusların (Səddam Hüseyn rejimi dövrünün məhbusları) işi üzrə bürosunun hüquqşünası Əli Zeynal bildirib.

Onun sözlərinə görə, əvvəllər kürdlərin hökmranlıq etdikləri türkmən məhəllələrində artıq iki həftədir ki, ərəblər tərəfindən 100-dən artıq heç bir sənədi olmayan ev tikilir. Bələdiyyələrlə məxsus torpaqdalarda gecəqonduların inşasına Kərkük valisinin vəkili Rakan Əl-Cuburi dəstək verir.
Kərkükdə ərəblər türkləri sıxışdırır











“Türkmənlər sıxışdırılır, beləliklə İraqda, xüsusilə də Kərkükdə varlığımız, milli kimliyimiz təhlükə altına düşür. Vali həmin qəsəbələrə sahib çıxmır. Ədəm bölgəsi, Kərkük Luna parkının arxası ərəblərə verilib. Biz türkmənlər əlsiz-qolsuz, sahibsiz qalmışıq. Türkmən partiyaları buna etinasız yanaşmamalıdır. Kimsə bunlara dur deməlidir!”, - deyə Ə. Zeynal bildirir.

Ə. Zeynal həmçinin ölkə rəhbərliyinin də türkmənləri dəstəkləmədiyini deyir. Onun sözlərinə görə, Bağdad rejimi də valinin tərəfini tutduğundan onları dinləyən yoxdur.
Kərkükdə ərəblər türkləri sıxışdırır











“Əvvəllər Kərkükün təhsil sahəsi türkmənlərə verilmişdi. İlk türkmən təhsil müdiri öldürüldü, sonrakı isə 2011-ci ildə təqaüdə çıxana qədər bu sahədə çalışdı. Amma ondan sonra bu sahəni də türkmənlərin əlindən aldılar. İndi də bu sistem kürdlərin əlindən çıxıb ərəblərin idarəçiliyinə keçdi. Bağdad rejimi də Kərkük valisini dəstəklədiyiniə görə, heç nə edə bilmirik. Mən isə bu işdə bir fədaiyəm. Xahiş edirəm, bizə kömək edin”, - deyə Ə. Zeynal bildirir.

Qeyd edək ki, Ə. Zeynal Səddam Hüseyn rejimi tərəfindən Turançılıq ideyasının daşıyıcısı olduğuna görə bir müddət həbsə atılıb, orada dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət Türkiyədə yaşadıqdan sonra Səddam Hüseyn hakimiyyətinin süqutundan sonra Kərkükə qayıdıb və türkmənlərin hüquqlarının bərpa olunması üçün çalışır.

Gülnar Əliyeva

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər