“Azərbaycanlılarla ermənilər...” - DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU










Rusiyada müharibə yetişir, ölkə rəhbərliyi və federal kanallar bunu gizlətməyə üstünlük verirlər.

Bu haqda İnquşetiya və Çeçenistan arasında ərazi mübadiləsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Rusiyanın müxalifət siyasətçisi Leonid Qozman “Exo Moskva” radiostansiyasının saytında yazıb.

Onun sözlərinə görə, Rusiyada hazırda İnquşetiya və Çeçenistan sakinləri arasında əsl münaqişə yetişir. Siyasətçi vəziyyətin hər saat gərginləşdiyini, ölkə rəhbərliyinin isə daxili problemlərə məhəl qoymadığını bildirib.

“İnquşetiyada - Maqasda insanlar öz torpağını vermək istəmirlər. İnquşetiya polisi, general Yunusbek Yevkurov insanları dəstəkləyir və onlarla birlikdə dua edirlər. Ramzan Kadırov isə ümumiyyətlə, müharibəyə hazırdır. Yəqin hazırdır, biz onu bütün bu illərdə silahlandırırdıq. Rusiya prezidenti Hindistana səfəri təxirə salmadı və Maqasa gəlmədi. Siz təsəvvür edə bilərsinizmi ki, Luziana ştatının qubernatoru Texas ştatını müharibə ilə hədələdiyi bir vaxtda ABŞ prezidenti hardasa danışıqlar aparsın? Çeçenistan və İnquşetiyada hər an müharibə başlana bilər. Amma federal kanallarda heç bir Maqas yoxdur, yalnız Poroşenko, rusofobiya və ingilis var” - Qozman qeyd edib.
“Azərbaycanlılarla ermənilər...” - DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU











Xatırladaq ki, İnquşetiya ilə Çeçenistan arasında inzibati sərhədi müəyyən edən müqavilə sentyabrın 26-da Ramzan Kadırovla Yunusbek Yevkurov arasında imzalanıb. Həmin sazişə əsasən, Çeçenistanın Tereküstü rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında bərabər sahəli ərazi mübadiləsi həyata keçirilib. Bundan sonra İnquşetiyada hökumət əleyhinə genişmiqyaslı aksiyalar başlayıb.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməmişdi. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalamışdılar.

Bəzi KİV-lər, o cümlədən social şəbəkələrin istifadəçiləri İnquşetiya və Çeçenistan arasında baş verənləri SSRİ-nin dağılması öncəsi baş verənlərlə müqayisə edirlər. “SSRİ-in dağılması 1989-cu ildə azərbaycanlılar ermənilərlə vuruşmağa başlaması ilə başladı. İndi çeçenlər inquşlara müharibəyə gedəcəklər”, – sosial şəbəkə istifadəçilərindən biri yazıb./Publika.az

Son xəbərlər

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Bütün xəbərlər