hadise
15.10.2018, 08:14
Küçədə əlil qızı zorlayan manyak həbs edildi - FOTO

Türkiyənin Şanlıurfa vilayətində küçədə 12 yaşlı əlil qızı zorlayan seksual manyak həbs edilib.
Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Eyyubiye qəsəbəsinin Camikabir məhəlləsində fiziki qüsurlu qıza hücum edərək onu küçədə zorlayan 47 yaşlı kişi tutularaq istintaq orqanına təhvil verilib. Daha sonra məhkəmə qarşısına çıxarılan manyak həbs edilərək cəzaçəkmə müəssisinə göndərilib.
Bildirilir ki, baş vermiş hadisə ərazidəki şirkətlərə məxsus ofislərdən birinin müşahidə kamerası tərəfindən lentə alınıb.


