iqtisadiyyat
16.10.2018
Qızıl-gümüş bazarında bahalaşma var

Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 15-də qızılın qiyməti oktyabrın 12-i ilə müqayisədə 4,0205 manat artaraq 1 unsiya üçün 2077,6295 manat təşkil edib.
Gümüş 0,0919 manat bahalaşaraq 1 unsiya üçün 24,8843 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,9465 manat artaraq 1430,8305 manat, palladiumun qiyməti isə 21,199 manat azalaraq 1822,3235 manat təşkil edib.
Ad 15.10.18 12.10.18
Qızıl XAU 2077,6295 2073,609
Gümüş XAG 24,8843 24,7924
Platin XPT 1430,8305 1428,884
Palladium XPD 1822,3235 1843,5225
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


