Gəncədə qanlı olay törədən daha bir avtoritetin işi – Məhkəmədə





Gəncə şəhərində çay evində törədilən qanlı cinayətin daha bir iştirakçısının istintaqı yekunlaşıb.

Edqar Nəsirova odlu silahla xəsarət yetirməkdə təqsirli bilinən Qurban Qurbanovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Yaxın günlərdə hazırlıq iclasının vaxtı məlum olacaq.

İstintaq orqanı tərəfindən Qurban Qurbanovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən il oktyabrın 25-də, axşam saatlarında Gəncədə silahlı insident olub.

Saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.

Bu zaman Edqar Nəsirov tapançadan Qurban Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib.

Namiq Kərimov tüfəngdən bir dəfə atəş açıb, amma xəsarət alan olmayıb.

Sonradan Namiq Kərimov xəsarət alan Edqar Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz rayon Polis İdarəsinin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib.

Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib.

Bu zaman Namiq Kərimov tüfənglə onu hədələyib və maşından nəqliyyat vasitəsindən düşərək qaçıb.

Xəstəxanaya yerləşdirilən Edqar Nəsirova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qurban Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub.

Silahlı insidentin iştirakçıları kriminal avtoritet olduqları bildirilir.

İstintaq araşdırması zamanı Namiq Kərimov və Edqar Nəsirov bu cinayət işi üzrə təqsirləndirilən şəxs, Qurban Qurbanov və Tural Əliyev zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Namiq Kərimov və Rdqar Nəsirova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz silah gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Qurban Qurbanov və Tural Əliyevin barəsində cinayət işi ayrıca icraata götürülüb.

Qeyd edək ki, Namiq Kərimov və Edqar Nəsirovun barəsində olan cinayət işi üzrə istintaq Gəncə Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda davam edir.

Bu işə də hakim Faiq Mahmudov sədrlik edir.

Qeyd edək ki, cinayət işində adı keçən şəxslərin kriminal aləmlə əlaqəli olduqları bildirilir./Teleqraf.com

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər