Vilayət Eyvazov Qazaxıstanın general-mayoru ilə görüşdü - səmimi söhbət












Vilayət Eyvazov Qazaxıstanın general-mayoru ilə görüşdüQonaqlar Azərbaycan DİN-nin təcrübəsi ilə tanış olacaqlar

Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun dəvəti ilə ölkəmizə səfərə gəlib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya, eləcə də daxili işlər nazirləri - Ramil Usubov ilə Kalmuxanbet Qasumovun dostluq və işgüzar münasibətlərinə uyğun olaraq Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib.

O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı qonaqlara müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlərdən danışılıb, mövcud problemlərdən söz açılıb.

Polis general-mayoru Janat Süleymanov səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə təşəkkürünü bildirib, Azərbaycan vətəndaşları ilə bərabər respublikamızda əcnəbilərin də təhlükəsiz yaşayıb-işləmələri üçün yaradılan şəraitdən məmnunluğunu, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan DİN-in nümayəndə heyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olub.

İki gün davam edəcək səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinin, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar.(aznews.az)

Son xəbərlər

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Bütün xəbərlər