Azərbaycan torpağında 1 ha otlağı təmizləyən ERMƏNİYƏ 100 MANAT VERİLİR..














Ermənilərin torpaqlarımızda daimi məskunlaşması hər vasitə ilə həvəsləndirilir...

1991-ci ildən torpaqlarımızda bəslənən separatçı erməni rejimi artıq “Heyvandarlığın tənzimlənməsi və otlaqların idarə olunması” proqramını həyata keçirməyə başlayıb.

Dosye.org xəbər verir ki, “kənd təsərrüfatı nazirinin müavini” hesab edilən Tiqran Arustamyan adlı məxluqun sözlərinə görə, proqram ilkin olaraq eksperiment kimi Azərbaycanın işğal altındakı 4 rayonunda və yalnız bir kənddə icra olunmağa başlanıb. Həmin kəndlərdən biri də Şuşanın 26 il öncə uğursuz əməliyyat nəticəsində 100-ə yaxın hərbçimizin şəhid olduğu Daşaltı kəndidir.

Məhsuldar torpağı olan Daşaltı kəndinin 2167 hektar sahəsi var ki, bundan 942 hektarı otlaqlardır. Lakin otlaqların cəmi 20 faizi işğalçılar tərəfindən istifadə oluna bilir. Çünki çəmənləri kol-kos basıb, yollar, cığırlar bərbad vəziyyətə düşüb və ərazidə heyvanların içməsi üçün su yoxdur. Buna görə də otlaqların təmizlənməsi üçün 6 milyon dram(təxm. 12 min 317 dollar) yolların abadlaşdırılması üçün 480 min dram(təxm.985 dollar), otlaq ərazilərinə su çəkilməsi üçün 1 milyon 56 min dram(2168 dollar) ayırılıb. Otlaqların hər hektarının təmizlənməsi üçün erməni kəndlilərə zəhmət haqqı olaraq 30 min dram nəzərdə tutulub. Bu işləri görmək üçün Daşaltıda yaşayan ermənilər tək-tək, yaxud qrup halında müraciət edə bilərlər. İlk mərhələdə 155 hektarlıq otlağı qaydaya saymaq planlaşdırılıb.

Daşaltında otlaqların çoxaldılması ermənilər üçün konkret rəqəmlərdə özünü göstərəcək. Hesablamalara görə, nəzərdə tutulan işlər baş tutarsa, növbəti illər Daşaltında 32 ton mal əti, 1,2 ton qoyun əti, 235 min 850 litr süd istehsal olunacaq. Bu isə 2017-ci ilə nisbətdə 10-20 faiz çox olacaq.

P.S. Göründüyü kimi, ermənilərin torpaqlarımızda daimi məskunlaşması separatçı rejim tərəfindən hər vasitə ilə həvəsləndirilir...

Son xəbərlər

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Bütün xəbərlər