hadise
29.10.2018
Sirkdə pələng qızcığaza belə hücum etdi - Video

Rusiyanın Krasnodar vilayətində sirk nümayişi zamanı pələng üç yaşlı qıza hücum edib.
Armavir şəhəri yaxınlığında yerləşən uspensk kəndində nümayiş zamanı pələng qəfildən nəzarətdən çıxıb və ilk sırada oturan 3 yaşlı qızın əlindən tutaraq, səhnəyə dartıb.
Şahidlərin sözlərinə görə, səhnə ilə tamaşaçıları ayıran qoruyucu çox pis və etibarsız bərkidilibmiş.
Uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin stabil olduğu bildirilib.
İnsidentlə bağlı cinayət işi açılıb./Axar.az


