Türkiyə Cümhuriyyətinin 95 illiyi ilə bağlı Bakıda möhtəşəm tədbir keçirildi - Fotolar














Baş nazir Novruz Məmmədov: “Hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir”

Oktyabrın 29-da Bakıdakı “Boulvard” oteldə Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş rəsmi qəbul keçirildi.

Musavat.com-un əməkdaşı xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hakimiyyətinin önəmli simaları, o cümlədən Baş nazir Novruz Məmmədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mili Məclisin vitse-spikeri Valeh Ələsgərov, deputatlar, komitə sədrləri, Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, siyasi partiya rəhbərləri, ictimaiyyət nümayəndələri, media mənsubları, incəsənət xadimləri, həmçinin Türkiyə səfirliyinin təmsilçiləri ilə yanaşı, digər ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları iştirak edirdi.

Azərbaycanın Dövlət Himninin və Türkiyənin İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral hər kəsi səmimi salamladı. Daha sonra diplomat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu. Böyükelçi qardaş Türkiyənin çətin müstəqillik yolundan, bu yolda şəhid olan minlərlə qəhrəman insanlardan bəhs etdi. Türkiyənin müstəqillik yolunda keçdiyi tarixi yolu, Çanaqqala başda olmaqla digər müharibələri qısa şəkildə diqqətə çatdıran səfir Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə də toxundu.

“Dost və qardaş Azərbaycan Respublikası hər zaman inamlı, tərəfdaş ölkələrdəndir. Biz hər zaman Azərbaycanın yanındayıq və onun gücünü yanımızda hiss edirik”- səfir bildirdi.

Azərbaycan dövləti adından tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov əvvəlcə xüsusi bir qeydini etdi. O, iştirakçıların diqqətini elə həmin anlarda açılış törəni keçirilən digər möhtəşəm tədbirə çəkdi: “Bu gün Türkiyə Cumhuriyyətinin müstəqilliyinin 95 illik yubileyidir. Bu sevincli gündə qardaş ölkənin sevincinə şərikik. Eyni zamanda bu saatlarda İstanbulda dünyanın ən böyük hava limanı olan İstanbul hava limanının açılış tədbiridir və Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda çıxış edir. Bu iki xoş hadisənin üst-üstə düşməsi sevincimizi ikiqat artırır”.

Bundan sonra Baş nazir iki qardaş ölkənin əlaqələrinin yüksələn xətlə inkişafından danışdı: “Azərbaycan-Türkiyə münasibətləri milli-mənəvi və mədəni dəyərləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır”.

Baş nazir bildirdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan inkişaf edir: “Bu gün Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Münasibətlərimizin möhkəmlənməsində dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Əminəm ki, Azərbaycanla Türkiyə arasında tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq çətindir. Bu mənada Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini nümayiş etdirir”.

N.Məmmədov Türkiyənin böyük inkişaf yolu keçdiyini vurğuladı: “Təsadüfi deyil ki, Türkiyə “Böyük 20-lik” ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir”.

N.Məmmədov xatırlatdı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlət Türkiyə olub: “Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycanın haqq işi ilə bağlı həmişə öz səsini ucaldıb. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə daim Azərbaycan xalqının yanında olub. Bu da dostluğumuzu, qardaşlığımızı nümayiş etdirir”.

Baş nazir Türkiyə xalqını Azərbaycan hökuməti adından 29 oktyabr - Respublika günü münasibətilə təbrik etdi.

Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə və ziyafətlə davam etdi.
Türkiyə Cümhuriyyətinin 95 illiyi ilə bağlı Bakıda möhtəşəm tədbir keçirildi - Fotolar

Oxunub: 693

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər