hadise
31.10.2018
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Sebrinq şəhərində (Florida ştatı) helikopter treyler parkına düşüb.
Helikopterin qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Yerli polisin məlumatına əsasən, həlak olanlar helikopterdə, xəsarət alan şəxs isə yerdə olub."Fox10" telekanalının verdiyi məlumata əsasən, helikopterin qəzaya uğradığı yerdə 2 ev yanıb, hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülür. İnsident zamanı evlərdə heç kim olmayıb./Trend


