"Ermənilər bunu biləndən sonra girovların məktub yazmasına imkan vermirlər"














"Avropa məhkəməsi işi icraata götürəndən sonra ermənilər artıq bir ildir ki, atamın məktub yazmasına imkan vermirlər"

Bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:

"Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılması ilə bağlı Avropa məhkəməsinə müraciət etmişdik. Onlar əvvəl işi icraata götürmürdü, amma sonradan işi icraata götürdülər. Bundan sonra kommunikasiya qəbul edildi. Burda Azərbaycan, Ermənistan və Avropa məhkəmələri arasında yazışmalar gedir. Orda da Avropa məhkəməsi əsirlərin saxlanma şəraitinə birbaşa Ermənistanın cavabdeh olduğunu bildirib. Ona görə də ermənilər Dilqəm Əsgərovla, Şahbaz Quliyevin ailələrinə məktub yazmalarına imkan vermir. Artıq bir ildir ki, atamdan və son dörd aydır ki, Şahbaz Quliyevdən məktub gəlmir. Çünki onlar məktubda səhhətləriylə bağlı bəzi məlumatları qeyd edirdirlər, bu da ictimaiyyətə açıqlanırdı və Avropa məhkəməsinə göndərilirdi. Bunu da biləndən sonra ermənilər təəssüflər olsun ki, məktub yazmağa imkan vermirlər".

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün, hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Kəlbəcər rayonuna gediblər. Bu zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb.

Qondarma qurumun "məhkəmə"sinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər