Himn məsələsində iki baxış vardı - Komissiya sədrindən ilginc açıqlamalar














Görkəmli türkoloq, keçmiş təhsil naziri, Ali Sovetin keçmiş deputatı, eyni zamanda o vaxt Elm-Təhsil və Mədəniyət komissiyasının sədri olmuş Firudin Cəlilov parlamentdəki himn dartışması və ardından cəmiyyətdəki geniş müzakirələrə münasibət bildirib.

Moderator.az-a açıqlama verən Firudin Cəlilov bildirib:

"Son günlər himn üzərində gedən dartışmalara onu hazırlayıb parlamentdə qəbul etdirən komisiyanın sədri kimi, aydınlıq gətirmək istəyirəm:

1. Biz Müstəqillik aktını qəbul edəndə quracağımız dövləti Azərbaycan Demokratik Cümhuriyətin varisi olduğunu bəyan etmişik, ona görə də, onun dövlət atributlarını (gerb, himn, türk dili, latın qrafikalı əlifba) bərpa etməli idik. Tale elə gətirdi ki, o vaxt məni bu işləri görəcək Elm-Təhsil və Mədəniyət komissiyasına sədr seçdilər.

2. Himn məsələsində iki baxış vardı. Komunist deputatlar sözləri Səməd Vurğunun olan sovet himnini saxlamağı, yalnız oradakı "partiyamızdır" sözünü dəyişməyi təklif edirdi. İclasa dəvət etdiyim Vaqif Səmədoğlu "ata mənimdır, mən istəmirəm onun yazdığı himni saxlayaq" deyəndən sonra komunistlər geri çəkildi. Qərara aldıq ki, Əhməd Cavadla Üzeyir Hacıbəyovun yazdığı Cümhuriyət himnini qəbul edək.

3. Onda da himn haqqında mübahisələr vardı. Himni bir az qısaltmaq və bir-iki sözü dəyişmək üçün öncə tanınmış bəstəkarları (Xəyyam, Fərhad və b.) dəvət etdim, uzun müzakirədən sonra ilkin variantın saxlanması qərara alındı. Sözlərin üzərində azacıq dəyişiklik etmələri üçün Vaqif Səmədoğlu ilə Vaqif Bayatlını dəvət etdim. Onlar da bir neçə saat müzakirədən sonra ilkin mətni saxladılar. Himnin musiqisi, səslənməsi üzərində komissiyanın üzvü Gülnarə xanımın və bəstəkar Aydın bəyin əməyini də qeyd etməliyəm.

4. Beləliklə, indiki himnin orkestr və xorla oxunma variantlarını Milli Məclisdə təqdim etdim, hamılıqla qəbul olundu.

P.S. Yuxarıda sadaladığım prosesin icində olmuş hörmətli Tahir Kərimlinin bu məsələləri indi gündəmə gətirməsini doğru saymıram. Ancaq onun üzərinə ağır sözlərlə gedilməsini də doğru saymıram, hər kəsin düşündüyünü söyləməyə haqqı var, unutmayın ki, Tahir bəy sayı az qalmış istiqlalçı deputatlardandır və bugün sizlərin kimisə açıq şəkildə tənqid edə bilməniz üçün o, digər istiqlalçı deputatlarla birlikdə kəfən geyib Müstəqillik uğrunda savaşmışdır..

Son xəbərlər

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Bütün xəbərlər