“DEMƏK SAMİR ŞƏRİFOV UNİVERSİTETLƏRİMİZƏ BEL BAĞLAMIR” – Təhsil eksperti nazirin fikrini PİSLƏDİ













Maliyyə naziri Samir Şərifov 2019-cu ilin büdcə müzakirələri zamanı tələbə kreditlərin verilməsinə qarşı çıxıb. Nazir bildirib ki, tələbə krediti alanların gələcəkdə həmin vəsaiti geri qaytarması sual doğurur.

Ölkənin maliyyə qurumuna rəhbərlik edən rəsmi şəxsin bu cür çıxış etməsi cəmiyyətdə, xüsusəndə tələbə zümrəsi arasında birmənalı qarşılanmayıb.

Təhsil eksperti Etibar Əliyev Modern.az-ın əməkdaşı ilə söhbətdə bu məsələdən danışıb.

Etibar Əliyev hesab edir ki, bütün dünyada, xüsusən Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir: “Boloniya bəyamnaməsinə üzv olan ölkələrin 90 faizində tələbə kreditləri verilir. Bu kreditləri çox kiçik – 1-3 fazilə verirlər və uzunmüddətli olur. Bu o deməkdir ki, ölkənin bank sistemləri və yaxud maliyyə qurumlarının öz ali məktəblərinə etimadı var. Belə bir etimad mühiti yaradılıb. Həmin ölkələrdə düşünürlər ki, kredit alan məzunların böyük hissəsi nə vaxtsa işlə təmin olunacaq və aldıqları kretitləri kiçik faizlə geri qaytaracaqlar”.

Təhsil eksperti maliyyə naziri Samir Şərifovun belə çıxış etməsini onun bizim universitetlərə bel bağlamaması ilə izah edib: “Maliyyə naziri Samir Şərifovun belə çıxış etməsi o deməkdir ki, o, bizim universitetlərimizə bel bağlamır. İnanmır ki, onların məzunları nə vaxtsa normal bir işlə təmin olunacaqlar və həmin kreditləri hissə-hissə geri qaytaracaqlar. Samir Şərifovun çıxışından belə bir nəticəyə gəlmək olar ki, ölkəmizin maliyyə qurumlarının başında duranların universitetlərimizə etimadı yoxdur.

Mən hesab edirəm ki, tələbə kreditləri çox vacibdir. Bir müddət öncə “Maarifçi” Tələbə Kredit Fondu yaradıldı, amma ipoteka kreditlərinə oxşadı. Bu, ipoteka kreditlərinə oxşadığına görə, eyni zamanda faizləri yüksək olduğu üçün tələbələr ondan istifadə edə bilmədilər.

Bu gün Azərbaycanda tələbə yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin təhsil haqlarının ödənilməsində çətinlikləri var. Bu problemlərin aradan qaldırılması üçün birmənalı şəkildə tələbə kreditləri vacibdir. Çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, maliyyə naziri Samir Şərifov bunu anlaya bilmir.
Bu, bizim gələcək hədəfə doğru getməyimizdə müəyyən çətinliklər yaradacaq. Bizim qarşımıza qoyulan əsas hədəf insan kapitalına doğru getməkdir. Samir Şərifovun tələbə kreditlərin əleyhinə çıxması insan kapitalının formalaşmasında müəyyən çətinliklər yaradacaq”.

etibar_esas

E.Əliyev deyirb ki, tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyinin hər hansı səlahiyyəti yoxdur: “Bu gün tələbə kreditlərinin verilməsində Təhsil Nazirliyi hər hansı bir səlahiyyət sahibi deyil. Təhsil Nazirliyinin tələbə kreditlərinin verilməsi üçün əli çatdığı yeganə qurum “Maarifçi” Tələbə Kredit Fondu idi. Bunun özü də müəyyən dövr üçün əhəmiyyətli ideya idi. Təssüflər olsun ki, ona çox etinadsız yanaşdılar. Tələbə kreditlərin verilməsində dövlət səxavətli olmalıdır. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu dövlət özü bilməlidir. Bu gün tələbələr həm təhsil haqlarının ödənilməsində, eyni zamanda digər məsələlərdə çox çətinliklər çəkirlər. Mən hesab edirəm ki, dövlət cəsarətli addımları atmaqla etibarlılığını gündəmə gətirməlidir. İstər dövlət, istərsə də özəl ali məktəbi bitirən gəncdə dərhal belə bir şübhə yaranır ki, bu kreditləri geri qaytarmaq mümkün olmayacaq.

Hesab edirəm ki, bir çox varlı banklar bu prosesə aktiv şəkildə qoşulmalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər banklar “soğan olsun, nağd olsun” prinsipi ilə işləyir. Onların 4-5 ildən sonra geri qaytarılacaq kreditlərin verilməsinə dözümü yoxdur”.



“DEMƏK SAMİR ŞƏRİFOV UNİVERSİTETLƏRİMİZƏ BEL BAĞLAMIR” – Təhsil eksperti nazirin fikrini PİSLƏDİ

Son xəbərlər

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Bütün xəbərlər