“Əflatun Amaşovun təklifini dəstəkləyirəm və düşünürəm ki, biz bu məsələdə xeyli gecikmişik”














“Onlayn mediaya vəsait ayrılacağı təqdirdə, biz həm də Ermənistanla və bizə qarşı olan qüvvələrlə informasiya müharibəsini yeni bir mərhələyə daşıya bilərik”

“Dünya internet, yeni texnologiyalar dünyasıdır və belə bir şəraitdə düşünmürəm ki, artıq kağız üzərində çap olunan informasiya daşıyıcılarına maliyyənin ayrılması o qədər faydalı olsun”
Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun onlayn mediaya pul ayrılması təklifinə münasibət bildirərkən deyib. A.Həsrət bildirib ki, onlayn mediaya maliyyə ayrılması dilimizin də inkişafına müsbət təsir edə bilər:
“Onlayn mediaya pul ayrılması məsələsi ilə bağlı həm Mətbuat Şurası və şəxsən mən özüm də illərdir həyəcan təbili çalırıq. Yəni biz düşünürük ki, indiki şəraitdə Azərbaycan dövləti daha çox onlayn mediaya maddi dəstək verməlidir və eyni zamanda texniki problemlərin həlli üçün əlavə dəstək verilməsi də yerinə düşərdi. Dünya internet, yeni texnologiyalar dünyasıdır və belə bir şəraitdə düşünmürəm ki, artıq kağız üzərində çap olunan informasiya daşıyıcılarına maliyyənin ayrılması o qədər faydalı olsun. Biz düşünməliyik yeni texnologiyaların gücündən maksimum istifadə edək. Bu da təbii ki, onlayn medianın gücləndirilməsi ilə mümkündür. Ona görə də Əflatun Amaşovun təklifini dəstəkləyirəm və düşünürəm ki, biz bu məsələdə xeyli kecikmişik. Azərbaycan dövləti daha öncəki illərdə bu addımı atmalı idi, amma gec olsa da, olsun və artıq 2019-cu ildən bu addım atılmağa başlamalıdır. Başlanarsa, birincisi onlayn medianın keyfiyyəti yüksələcək, ikincisi də onlayn mediaya güvən artacaq”.
Azər Həsrət bildirib ki, bunun dilimizin inkişafına da müsbət təsiri olacaq:
“Bu yaxında cənab prezident İlham Əliyev Azərbaycan dilinin qorunması ilə bağlı fərman verdi və o fərmandan irəli gələn vəzifələrin də icra olunmasında onlayn medianın rolu yüksəlmiş olacaq. Bilirsiniz ki, onlayn media qurumlarının əksəriyyətinin ciddi müliyyə resursları olmadığına görə onlar xüsusən də ana dilimizin istifadəsi məsələlərində problemləri aradan qaldıra bilmirlər. Amma əlavə maliyyə vəsaiti olarsa, düşünürəm ki, ana dilimizdən daha uyğun və daha keyfiyyətli şəkildə istifadə edilməsi üçün şərait yaranar. Bütövlükdə fikrim ondan ibarətdir ki, onlayn mediaya vəsait ayrılacağı təqdirdə, biz həm də Ermənistanla və bizə qarşı olan qüvvələrlə informasiya müharibəsini yeni bir mərhələyə daşıya bilərik”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər