“Mən bu pulların mənbəyi haqqında bilmirəm” – Zamirə Hacıyevanın ifadəsi









Londonda həbs olunmuş Zamirə Hacıyeva faktiki olaraq əri – Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevə qarşı ifadə verib.Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, dünən məhkəmədə çıxış edən Zamirə Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib.

“2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb”, – Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib.

Zamirə Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

“Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm”, – Zamirə Hacıyeva bildirib.

Nəşr onu da qeyd edir ki, Zamirə Hacıyeva külli miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət əməlli-başlı komanda toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Vəkillərin başlıca vəzifəsi prosesin anonimliyinin təmin edilməsi idi ki, Zamirə Hacıyevanın adı xəbərlərdə hallanmasın. Lakin bunu etmək mümkün olmadı.

Zamirə Hacıyevanın ərinə qarşı verdiyi ifadələr onun vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Xatırladaq ki, Cahangir Hacıyev Bakıda uzunmüddətli həbs cəzasına məhkum olunub. İndi britaniyalı hakimlərdə ona qarşı suallar yarana bilər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər