8,5 min gözdən əlilə əmək pensiyası verilir













13 noyabr – Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkəmizdə sosial təminat sistemi ilə əhatə olunan əhali kateqoriyalarından biri də gözdən əlilliyi olan şəxslərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı gözdən əlilliyi olan vətəndaşların da sosial təminatının yaxşılaşdırılmasında mühüm addımların atılmasına imkan verib.
Bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı kimi, son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib. Binanın açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasında önəmli rol oynayır. Bakının Zabrat qəsəbəsində istifadəyə verilən Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi isə reabilitasiya yönümlü sosial xidmətlərin təşkilində mühüm əhəmiyyət kəsb edir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8,5 min gözdən əlilliyi olan şəxs əmək pensiyası ilə təmin olunur. Həmin şəxslərə ödənilən əmək pensiyasının orta aylıq məbləği 300 manata yaxındır. Pensiya almaq hüququ olmayanlara aylıq sosial müavinət verilir. Sosial müavinət alan ümumi səbəblərdən I qrup gözdən əlilliyi olanlara bu müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü də ödənilir. Bununla yanaşı, pensiya qanunvericiliyində I qrup əliliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər mövcuddur.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 48 nəfər gözdən əlilliyi olan şəxs üçün peşə hazırlığı kursları təşkil edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzinə istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) indiyədək 1540 nəfər gənc qəbul olunub ki, onlardan bir qismi də görmə imkanı məhdud şəxslər olub. Nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin də reabilitasiya məqsədli sosial xidmətlərlə təminatı üçün müvafiq işlər aparılır.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər