Saxta tibbi sənədlərlə alınan əlillik təyinatları ləğv edildi – Nazir araşdırma qərarı verdi















Əlilliyin təyinatı və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən işçi qrupunun növbəti iclası keçirilib.

Bu abrədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumatda bildirilib.

Nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirlikdə aparılan islahatların mühüm hədəflərindən birinin də tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

S.Babayev bildirib ki, görülən işlər çərçivəsində əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərinin potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmin şəxslərin reabilitasiyasında müsbət nəticələrin əldə olunması üçün bərpa mərkəzlərinin imkanlarının artırılması təmin olunacaq. Bununla bağlı reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır. S.Babayev, eyni zamanda, yaxın illərdə ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda fərdi reabilitasiya proqramının icrasının xüsusi yer tutduğunu qeyd edən nazir ümumilikdə bu qanunda əksini tapan bir sıra məsələlərlə bağlı konkret icra prosedurlarını müəyyən edən Qaydaların hazırlanması işlərinə başlandığını deyib. O, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması sahəsində işçi qrupu tərəfindən aparılan işlərin sürətləndirilməli olduğunu diqqətə çatdırıb.

İclasda işçi qrupunun gördüyü işlərin nəticələri, həmçinin cari ilin ilk yarımilində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş I qrup əlillik təyinatları üzrə Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə aparılan araşdırmaların yekunları barədə məlumat verilib. Risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında yanlış əlillik təyinatlarının ləğv edildiyi və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib.

İclasda bu ilin ilk yarımili ərzində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş II və III dərəcə əlillik təyinatları üzrə araşdırmaların aparılması qərara alınıb.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər