Sahil Babayev DOST-la bağlı iclas keçirdi – Yeni agentliyin mərkəzləri nə vaxt açılacaq?











Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin 9 avqust tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
dogruxeber.tv ƏƏSSMN-ə istinadən bildirir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının qeyd olunan fərmanının ölkədə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində idarəçilik və əhaliyə xidmətlər sisteminin innovativ əsaslar üzərində inkişafına və tam yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdığını vurğulayıb.
Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xüsusi qayğıya ehtiyac duyan insanların qayğı ilə əhatə olunmasında mühüm xidmətlərini diqqətə çatdırıb.
O bildirib ki, Fərmana əsasən DOST Agentliyi və mərkəzlərinin yaradılması yönündə ƏƏSMN-nin təklifləri əsasında aidiyyəti layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub. Bu da sosial sahədə aparılan islahatlara, əhaliyə göstərilən dövlət sosial xidmətlərinin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqəti və qayğını bir daha təsdiq edir.
S.Babayev yaradılacaq DOST mərkəzlərinin əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcəyini deyib.
O diqqətə çatdırıb ki, DOST mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunacaq. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş ediləcək. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb olunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. DOST mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq.
Nazir həmçinin qeyd edib ki, mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Ümumilikdə DOST mərkəzlərinin əsas iş prinsipi müraciət edən şəxslərin göstərilən xidmətlərdən məmnun qalmasını nəzərdə tutur.
S.Babayev bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi artıq hazırdır və ilk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq.
İclasda Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanından irəli gələn vəzifələr, DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər geniş müzakirə olunub.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər