Daşkəsəndə dördü uşaq olmaqla 5 nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatları məlum olub













Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

***07:10

Daşkəsən. 14 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

“Report”un Qərb bürosu xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.

Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007

Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda məktəbdə yanğın olub, 100 şagird təxliyyə edilib.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər