hadise
17.11.2018, 18:39
Uşaqlar qapını kilidlədi – FHN gəlib AÇDI

Bakıda qapı kilidləndiyindən ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatıb.


