Arif Əsgərovun baldızı oğlu məhkəmədə son söz söylədikdən sonra həbs edilə bilər

















Arif Əsgərovun baldızı oğlunun məhkəməsi davam edir. O da digər qardaşı kimi dələduzluqda ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Rahib Hüseynovun digər vəkili də müdafiə çıxışı edib.

Məhkəmə Rahib Hüseynova son söz deməyi təklif edib. Hüseynov məhkəmədən ona vaxt verilməsini istəyib. Bu səbəbdən də məhkəmə noyabrın 20-nə təxirə salınıb.

R.Hüseynovun vəkili müdafiə çıxışında ittihamın əsassız və qanunsuz olduğunu deyib. Bildirib ki, zərərçəkmişlərdən alınan pullar Elnar Əsgərova verilib. Müdafiəçi R.Hüseynov barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Zərərçəkmiş tərəfin nümayəndəsi isə R.Hüseynova ən ağır cəza verilməsini istəyib. Vəkil bildirib ki, bu günə qədər Rahib Hüseynov dəymiş zərəri ödəməyib və məhkəmə prosesini süni şəkildə uzadıb.

Xatırladaq ki, dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilməsini istəyib.

Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.

Məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarda çəkilənlərdir. R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən Hüseynov deyib ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın “qara mühasibat”lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsi ilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsi ilə ona çatdırılan pulları ödəməkdən imtina edir. Bildirir ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib. Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdır.
(Musavat.com)

Oxunub: 805

Son xəbərlər

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

“Brent” bahalaşdı

Bu yolda sürət həddi endirildi

Pakistan 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirdi

Bu avtomobillər dövlət mülkiyyətinə keçəcək

Günəşdə ard-arda üç güclü PARTLAYIŞ

Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

Bütün xəbərlər