79 yaşlı qadını zorladı, amma canından oldu - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY


















Kəlbəcər rayonu, İstibulaq kəndində anadan olmuş 1939-cu il təvəllüdlü Sevil Babayevanın (ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

dogruxeber.tv Publika.az-a istinadən xəbər verir ki, Sevil Babayeva Kəlbəcər rayonunda məcburi köçkün olub və Göygöl rayonun Murovdağ qəsəbəsində məskunlaşıb.

Qadının evinə basqın

İttihama görə, 9 mart 2017-ci il tarixdə, saat 23.30-da Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Daşqın Səlimov Sevil Babayevanın yaşadığı Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən evə gəlib.

Daşqın Səlimov evin qonaq otağında yaşlı qadınla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevil Babayeva Daşqın Səlimovun istəyi ilə razılaşmayıb.

Zorlama və qətl

Bu zaman Daşqın Səlimov Sevil Babayevanı döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib, daha sonra isə onunla zorla cinsi əlaqədə olmaq istəyib.

Təcavüzə məruz qalan Sevil Babayeva stolun üstündə olan bıçağı götürüb və Daşqın Səlimova çoxsaylı xəsarətlər yetirib. Daşqın Səlimov aldığı xəsarətdən ölüb.

Qətl törətdi, 1 il şərti cəza aldı

İstintaq orqanı tərəfindən Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Göygöl rayon Məhkəməsinin hökmü ilə Sevil Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Həbsdən çıxdı, öldürdüyü kişinin oğlunu döydü

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslə bağlı nəticəyə düzgün gəlməyib.

Hüquqi varisin qeydlərinə görə, məhkum olunan qadın azadlığa çıxandan sonra mərhumun oğlunu döyüb: "Sevil Babayeva həbsdən çıxandan sonra mərhumun oğlu Sadiqi döyüb, təhqir edib: "Məhkumun barəsində olan şərti məhkum etmə ilə bağlı olan cəza cəzanın məqsədlərinə çatmaq üçün yetərli deyil. Məhkum özünü təqsirli bilmir, belə olan halda onun barəsində 70-ci maddənin tətbiq edilməsi doğru olmayıb”.

Həbs edilməsi tələb edildi

Nümayəndə əlavə edib ki, məhkumun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha ədalətli olardı: "Ona görə də onun barəsində şərti azadlıqdan məhrumetmə cəzası ləğv edilməli və onun azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır”.

Həmçinin Sevil Babayeva da apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin olunmayıb.

Hökm dəyişmədi

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquq varisi kasasiya şikayəti verib. Hüquqi varis kasasiya şikayətində də Sevil Babayevanın həbs olunmasını tələb edib. Təqsirləndirilən şəxsin vəkili də müvəkkili barəsində bəraət hökmünün çıxarılması barədə kasasiya şikayəti verib.

Hər iki tərəfin şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Tərəflərin şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin kasasiya şikayətləri təmin olunmayıb.

Son xəbərlər

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Bütün xəbərlər