dunya
29.11.2018
Gürcüstan ilk qadın prezidentini seçdi

"Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.
dogruxeber.tv-in xəbərinə görə, bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.
MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.


