CƏLİLABADDA NÖVBƏTİ MƏMUR ÖZBAŞINALIĞI,VƏTƏNDAŞIN İDDİASI /VİDEO










Ölkədə baş verən məmur özbaşınalığı haqqında demək olar ki, tez-tez xəbərlər yayılmaqdadır. əsasən rayonlarda yaşayan yerli vətəndaşlar icra hikmlərinin aşırı özbaşınalığından ağızdolusu şikayət edirlər. Bu özbaşınalıqlardan biri də Cəlilabad rayonunda baş verir. dogruxeber.tv xəbər verir ki, bu barədə Xəbəral.az saytına danışan Muğan kənd sakini AğayevAbbasqulu qeyd edir ki, 365 nömrəli dövlət aktına əsasən ona verilmiş pay torpaqlar yerli məmurlar tərəfindən zəbt olunaraq başqa-başqa insanlara satılıb. 8 saylı ərazi idarəsinə plan və ölçü sənədini almaq üçün şikayət etdikdə çıxarış sənədi verilsə də plan ölçü sənədinin verilməsindən imtina edilib. Buna əsa olaraq onu qeyd ediblər ki guya vətəndaşa verilən dövlət aktı ləğv ulunub və plan ölçü sənədinin verilməsi mümkün deyil. Məhkəməyə tutarlı sənədlərlə müraciət edən vətəndaşın xeyrinə məhkəmə qərar qəbul etsə də icra hakimi bu qərara məhəl qoymur və məhkəmənin qətnamasını qərarsuz qəbul edilib. Qeyd edək ki, plan ölçü sənədi dövlət aktına əsasən vətəndaşa verilir.

Lakin Azərbaycan Resdpublikası Əmlak Məsələləri üzrə Dövlət Komissiyasının sədr müavini Rüstəm Şahbazovun qəbuluna gedən şikayətçinin oğlu Ağayev Telman idiia edirki, sədr müavini onun əsas gətirdiyi dövlət haqqını rədd edərək, bu aktın onu maraqlandırmadığını və xəritə üzrə işlədiklərini deyib. Deməli mənimsənilən torpaqlar onların saxta və özləri tərəfindən tərtib olunan xəritə əsasında ört basdır edilərək vətəndaşlara təqdim olunur.Ulu Öndər Heydər Əliyevin fərmanı əsasında təqdim olunan aktını hər hansı bir məmur necə əsassız saya bilər? Bu qədər arxayınlıq və curət nədən qaynaqlanır?
Telman Ağayevindediklərinə görə başları yaxınların yas mərasimlərinə qarışdığından bir il, il yarım torpaqlardan istifadə etmədiyinə görə, bələdiyyə və daşınmaz əmlak komitəsi onların torpaqlarını qeyri-qanuni yollarla başqalarına satıblar. Dəfələrlə icra başçısı Namiq Zeynalovun qəbulunda olan vətəndaş deyir ki, kənd camaatı ilə görüş keçirən icra başçısı əmlak müfəttişi Əfsər Abdullayevə ayağa durmasını tələb edib deyir ki, “Əfsər Abdullayev, bu kişi nə deyir?” ardıyca Namiq Zeynalova “Hörmətli ,icra başçısı, Əfsər Abdullayevin verdiyi qərar keçərlidir, ya Ədliyyə Nazirliyinin ekspert rəyi?” deyə sual ünvanlayan vətəndaşa icra başçısı “Əfsər Abdullayev” deyə cavab verib. Buradan belə nəticəyə gəlmək olur ki, Namiq Zeynalovla Əfsər Abdullayev əlbir olaraq çörəyi torpaqdan çıxan vətəndaşın hüquqlarını tapdalayırla.

Bu baxımdan öz həmkarını ələ vermək istəmədiyi bəlli olur. Şəxsin iddiasına əsasən mülkiyyətində olan pay torpaqlarda evlər tikilmiş və hətta hasara da alınmışdır. Bu azmış kimi ona hədə qorxuda gəliblər. Dövlət aktında qeyd olunan vətəndaşın 68 sot torpağının 28 sotunu bir şəxsin adına, 18 sotunu başqa bir şəxsin adına və yerdə qalan 22 sotunu da digər birinin adına qeyd edən Əfsər Abdullayevin özbaşınalığını qəbul etməyən şikayətçiyə cinayətişi də açılıb. Səbəb isə əvvəl onda qalan 22 sot torpağın sonradan başqasının adına keçdiyi üçün qeyri-qanuni istifadəsi olub. Yəni vətəndaş guya başqa birinin torpaqlarından istifadə edir, halbuki o torpaqlar elə şikayətçinin özünündür. Telman Ağayev bildirir ki, icra başçısı Namiq Zeynalova dövlət başçısına bu məsələylə bağlı şikayət edəcəyini dedikdə, icra başçısı ona sərt cavab verərək hədə qorxu gəlməyə başlayıb. Onu məhkəməyə verəcəyini və həbs etdirəcəyi hədə qorzusu ilə əzməyə çalışıb. Ailə üzvləri ölkə rəhbəri cənab İlham Əliyev cənablarına, vitse-prezident Mehriban Əliyevaya səslənərək onlardan yardım istəyiblər. Belə görmək olar ki, artıq vətəndaşların səbr kasası dolmuşdur. Əlacsız vəziyyətdə qalan vətəndaşlar yenə dövlət məmurlarının oyunlarına qurban gedirlər. Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələylə bağlı lazımlı tədbirlər görəcəklər.
dogruxeber.tv

Oxunub: 1 206

Son xəbərlər

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bütün xəbərlər