İcra hakimi vətəndaşın haqlı tələbinə məhəl qoymayıb utanmadan vətəndaşla bərabər sayt rəhbərini də məhkəməyə verdi !!







Məmur özbaşınalığı hansı fəsadların yaranmasına səbəb olur ?

dogruxeber.tv-ın verdiyi xəbərə görə bir neçə gündür ki,ölkəmizdə böyük xoşagəlməz hadisələrin cərəyan etdiyinin şahidi oluruq. İlk öncə qeyd edim ki, ölkədə daxili sabitliyi pozmaq istəyən bir çox xarici və daxili qüvvələrin yarandığını və bu cür iyrənc əməllərini həyata keçirmələrini ölkə mətbuatından izləyirik. Bunlar kimlərdir və hansı maraqlara xidmət edirlər ? Bu kimi sulallara kiçik nəzər salaq.
Beləki mətbuatı izləyən hər kəs bilir ki,yaxın bir neçə ildə internet vasitəsi ilə fəaliyyət göstərən bir çox xəbər portalları var ki,düşmən dəyirmanına su tökməklə məhşurdurlar. Görəsən haqqa nahaq,nahaqqa haqq donu geydirməklə nəyin marağındadırlar ? Bu bir sual olsada amma düşünən hər kəsə bəllidir ki, maddiyata aldanan hər kəs bu cür edir. Deyərsiniz ki, bəli hər şey maddiyata bağlıdır əgər maddiyat olmasa iş görməyin nə mənası var. Xeyir, əslində bu heçdə bu cur olmamalıdır ,çünki maddiyata aldanıb yüzlərlə bəlkədə minlərlə haqlı insanların hüquqlarının pozulmasına göz yumub nahaqqı yazıb işıqlandırırsa onda həmin xəbər portalı vicdanını satmış olur.

Əziz oxuçularımız !!

Yuxarda bəhs etdiyimiz mövzu heç də bizə yad olmayan bir xəbərlərdir. Odur ki,nəzərinizə bir neçə mühüm xəbərləri çatdırmaq istərdik. Beləki bizi izləyən hərkəsə bəllidir ki,bölgələrin hər birindən redaksiyamıza müxtəlif mövzularda müraciətlər daxil olmaqdadır. Daxil olan müraciətlərdən böyük əksəriyyəti rayon icra hakimiyyətinin başçılarından olduğu üçün başçılar tərəfindən bir çox hallarda bizə narahatçılıqlar yaratmaları ilə yanaşı hətta bizi, yəni biz dedikdə xəbər portallarının rəhbərlərini məhkəməyə verməkdən belə çəkinmirlər. Məhs bu baxımdan bir çox xəbər portalları vətəndaşların etdiyi müraciətləri araşdırdığı vaxt haqlı olduğu məlum olmasına baxmayaraq işıqlandırmaqdan boyun qaçırır. Bu o demək deyil ki,xəbər portalının rəhbəri vətəndaşın müraciətinə biganə yanaşır.Xeyir əslində bilir ki, bu xəbəri işıqlandırsa icra hakimi onu hər-hansı bir qanunsuz yolla olsa belə onun üçün problem yaradacaq. Elə bu baxımdan sadə vətəndaşların böyük əksəriyyəti çarəsiz durumda qaldıqları üçün bu gün bəzi mənfur qüvvələrin alətinə çevrilib ölkə daxilində xoşagəlməz hadisələrin baş verməsinə səbəb olurlar.

Icra hakimiyyətinin başçısı vətəndaşı haqlı tələbinə görə məhkəməyə verdi:

dogruxeber.tv xəbər verir ki,son günlər mətbuatda gündəmi zəbt edən Ağsu rayon icra başçısı Ə.Seydəliyevin ailə biznesinin daha biri ortaya çıxdı. Beləki bir neçə gun öncə Unikal.org saytında gündəmə gələn Ağsu rayon icra başcısı Ə.Seydəliyevin oğlu Dəyanət Seydəliyev 1 milyon manat dəyərində obyekt aldığı bəlli olub. Həmçinin həmin obyekdin təmir və avadanlıqlarına yüz min manatlarla pul xərcləndiyi qeyd olunur. Bunu qeyd etməkdə məqsədimiz heç də icra hakiminin oğlu D.Seydəliyevin obyekt alıb-almamasında deyil. Əslində məqsədimiz budur ki, hər kəsə bəyan edək ki, redaksiyamıza müraciət edən Ağsu rayon sakini Oruclu Adil Aydın oğlu bildirmişdir ki,”Ağsu rayon mərkəzində Zərifə Əliyeva adına parkda mənə məxsus müasir üslubda tikilmiş 80 min manat dəyərində qanuni obyektimi rayon icra hakimi Ə.Seydəliyev sökdürüb əvəzində isə mənə cəmi min manat pul vermişdir.” İndi gəlin biraz ətraflı məlumat verək ki, hər kəsə bəlli olsun ki,bunu qeyd etməkdə məsələnin mahiyyəti nədir.

Dəyərli izləyicilərimiz !!

Hər birinizə məlumdur ki,Ağsu rayon sakini Oruclu Adil Aydın oğlu redaksiyamıza müraciət etdikdən sonra qarşı tərəf olan Ağsu RİH-in
başcısı Ə.Seydəliyevin münasibətini öyrənmək üçün Qığılcım qəzetinin baş redaktoru Xəyal Əsgərov və dogruxeber.tv informasiya agentliyinin baş redaktoru olaraq mən Kamal Əsgərov Ağsu RİH-də olduq. RİH-də olduğumuz vaxt növbətçi hissədə olan polis əməkdaşına mətbuat işçisi olduğumuzu bildirdikdən sonra rayon rəhbərinə məlumat verməsini xahiş etdik. Polis əməkdaşına bildirdik ki,rayon rəhbərinə bildirsin ki,vətəndaşın müraciətinə münasibət bildirməsi üçün gəliblər. Bir qədər gözlədik və sonunda aldığımız cavab bu oldu ki, başcı bildirdi ki, vaxtım yoxdu qəbul edə bilmərəm. Əslində hər bir halda qanuni vəzifə borcları olduğu halda jurnalistin sualını dinləməkdən imtina etmələri bir daha onu subut edir ki,məmur xalqı deyil öz xanədanın düşünür. Sonunda vətəndaşın etdiyi müraciəti öz informasiya agentliyimizdə işıqlandırdıq və yenədə hörmət əlaməti olaraq sonda qeyd etdik ki,qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq. Bir neçə gündən sonra Ağsu rayon sakini Oruclu Adil Aydın oğlu redaksiyamıza telefonla zəng vurub bizə bildirib ki, RİH-mi Ə.Seydəliyev məni və sizin sayt rəhbərin məhkəmiyə verib. El arasında belə bir atalar sözü var oğru elə qışqırdı ki,doğrunun ürəyi partladı. İndi buna nə ad verək siz deyin vətəndaş öz haqqını tələb edir RİH-mi onu məhkəmiyə verir. Bu məmur özbaşınalığı deyil bəs nədir? hansı ki, Ağsu rayon sakinləri durmadan redaksiyamıza müraciət edirlər ki, RİH-mi bizi qəbul etmir və bizim acınacaqlı durumumuz ilə maraqlanmır. Diqqətinizə bir məsələni də çatdırım ki, göründüyü qədər Ağsu rayonunda prokrorluq,məhkəmə,polis və.s kimi güç strukturları RİH-in başçısı Ə.Seydəliyevin göstərişinə əsasən isdənilən işi görür. Bu hələ son deyil ardı var bizi izləyin !!

İcra hakimi vətəndaşın haqlı tələbinə məhəl qoymayıb utanmadan vətəndaşla bərabər sayt rəhbərini də məhkəməyə verdi !!

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər