Elmar Vəliyevə yaxın olan deputat öz həmkarı Fəzail Ağamalını ittiham etdi













“Deputat Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir’’.

Musavat.com xəbər verir ki, bu sözləri sui-qəsdə mərus qalan icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev özünün facebookdakı səhifəsində yazıb.

Xatırlayırsızsa, bir neçə gün bundan öncə millət vəkili Fəzail Ağamalı musavat.com saytına söyüş söyən məmurlarla bağlı açıqlama vermişdi.

Millət vəkili güllələnən icra başçısı haqda aşağıdakı fikirləri də söyləmişdi: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır. Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

Naqif Həmzəyev bu və bundan öncə özündən verdiyimiz sitatdakı fikirlərdən qəzəblənib. O, Facebookda yazır: ‘’Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri İcra başçısına problemləri ilə bağlı müraciət ediblər. “Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fazail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşi nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın”.

Oxunub: 967

Son xəbərlər

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

Bütün xəbərlər