Azərbaycan bütün təhdidlərə qarşı böyük gücə malikdir – Elman Nəsirov


















10 iyulda Gəncədə baş verən insident birbaşa olaraq iyulun 3-də Elmar Vəliyevə qarşı törədilmiş terror aktı ilə bağlıdır. Bu ixtişaş da onun davamı kimi qiymətləndirilə bilər. Bu nöqteyi-nəzərdən 150-200 nəfərlik ixtişaşçı qrupun, dini radikal qruplaşmanın üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət də adi cinayət deyil, bunlar birbaşa terror əməli kmi qiymətləndirilməlidir.

Bunları AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov dedi. Onun sözlərinə görə, bu cinayəti törədənlərin bütün hərəkətləri siyasi motivlidir. Bu motiv ilk növbədə hakimiyyət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib:

“İlkin təhlillər bu qənaətə gəlməyə əsas verir ki, bu radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Minimum proqramlarına daxildir: İlk növbədə Gəncə şəhərində sabitliyi pozmaq, ölkənin ikinci böyük şəhərindən söhbət gedir, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək. Maksimum proqrama gəldikdə isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdır. Ardınca isə ölkənin konstitusion quruluşunu dəyişmək və hakimiyyəti ələ keçirməklə Azərbaycanı şəriət qanunları ilə idarə edən bir dövlətə çevirməkdir.

Deputat vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, Azərbaycan çox güclü dövlətdir və tarixdə heç bir zaman indiki qədər güclü olmayıb. Azərbaycana daxildən heç bir təhdid və risklər yoxdur. Bütün təhdid və risklər yalnız xaricdən ola bilər. Lakin Azərbaycan bütün təhdidlərə qarşı böyük gücə və potensiala malikdir:

“Məsələyə bu məntiqlə yanaşdıqda hesab edirəm ki, Gəncədə baş verən bu hadisənin arxasında da xaricdə fəaliyyət göstərən müəyyən antiazərbaycan dairələr dayanır. Hazırda hüquq mühafizə orqanları müəyyən araşdırmalar aparır. Amma hər halda 3 iyul hadisələrindən sonra məlum oldu ki, hadisəni törədən şəxs İranın Qum şəhərində, eyni zamanda Suriyada silahlı birləşmələrin tərkibində olub. Söhbət ilk növbədə o qüvvələrdən gedir ki, onlar terrorçu mahiyyəti və xarakteri kəsb edirlər. Bu qüvvələr əslində İslamı, müsəlman dünyasını gözdən salmağa xidmət edirlər. Islamafob qüvvələrin də əsas niyyəti odur ki, bax belə radikal dini toqquşmalardan istifadə edib terrorçu damğası ilə İslamı gözdən salmaqdır.

E.Nəsirov əlavə etdi ki, Azərbaycan da müsəlman dövləti olaraq dünyada bir sabitlik adası kimi tanınmaqdadır. Sön illərdə ölkəmizin həyata keçirdiyi böyük qlobal layihələr xaricdə olan antimilli qüvvələrin yuxusuna haram qatıb. Amma bunların heç bir nəticəsi olmayıb və olmayacaq. Çünki Azərbaycanda xalq və hakimiyyət birliyi çox möhkəmdir. Bu cür hallarda isə xalqımız bir daha görür ki, bu birliyi pozmaq istəyən nə qədər şər qüvvələr mövcuddur.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər