Qulu Novruzov hazırlıq kurslarının dinləyiciləri ilə görüşüb - FOTO



















Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil olunan ilkin hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub.
verilən məlumata görə, akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov hazırlıq kurslarının dinləyicilərini salamlayaraq bildirib ki, gömrük orqanlarında yeni işə başlayan əməkdaşların öz peşə vəzifələrini uğurla yerinə yetirmələri, həmçinin bilik və bacarıqlarının formalaşdırılması üçün yeni fərqli təlim proqramları ilə dərslər tədris olunur. Qulu Novruzov Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşlarının, o cümlədən Akademiyanın yüksək bilik və peşə bacarığına malik professor-müəllim heyətinin dərslərin tədrisinə cəlb edildiyini deyib. Akademiya rəisi gömrük xidməti əməkdaşlarının ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına birbaşa məsul şəxslər olduğunu nəzərə çatdırıb. Mənəvi keyfiyyətlərin çox mühüm olduğunu deyən Qulu Novruzov gömrük xidməti əməkdaşlarının mədəni davranış, ünsiyyət, bacarıq və yüksək əxlaqi-mənəvi dəyərlərə sahib olmasının da vacibliyini diqqətə çatdırıb. Akademiya rəisi təlimlərin səmərəli olacağına əminliyini ifadə edərək, dinləyicilərə uğurlar arzulayıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları keçirilir. Kurslarda dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.


Qulu Novruzov hazırlıq kurslarının dinləyiciləri ilə görüşüb - FOTO

Qulu Novruzov hazırlıq kurslarının dinləyiciləri ilə görüşüb - FOTO

Qulu Novruzov hazırlıq kurslarının dinləyiciləri ilə görüşüb - FOTO

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər