Əlil ailəsinə hansı məmur ziyan vurdu/Video















ƏƏSMN-nin biznes lahiyəsi çərçivəsində məşğulluq idarələrinin maddi durumu çətin olan vətəndaşlara verdiyi iri buynuzlu heyvanlar heç də onların köməyinə çatmır. Bunu ard-arda dogruxeber.tv informasiya agentliyinin redaksiyasına edilən müraciətlərdən də görmək olar. Bir çoxunun maddi durumunun çətin olmasıyla bərabər ailə üzvlərinin də fiziki qüsurlu və əlil olmasının şahidi oluruq. Məhz bu çətin durumda ailəsini dolandırmaq üçün məşğulluq idarələrinə işlə bağlı müraciət etmiş şəxslər müəssisə tərəfindən kurslara yazılıb və bitirdikdən sonra onlara müəyyən məbləğ qarşılığında heyvanlar təqdim ediblər. Lakin vətəndaş iddia edir ki, sənəddə qeyd olunan məbləğlə verilən heyvanların arasında böyük fərq var. Video süjetdə də 3600 manat civarındakı heyvanların əslində o məbləğdən qat-qat aşağı olduğunu görə bilərik. Şikayətçi bildirir ki, məşğulluq idarəsində ona 3600 manat dəyərində iki baş yanında balası ilə birlikdə heyvanlar veriləcəyini vədd ediblər. Hətta hər heyvandan minimum 10 litr süd əldə edəcəklərini də xüsusilə vurğulayıblar. Lakin Samux rayon sakini Məmmədov Cavanşir ona verilən vədlərin öz əksini tapmadığını deyərək redaksiyamıza görüntülərlər təqdim edib. vətəndaşın şikayətləri:
• Heyvanlardan biri çox qocadır
• İki yanıbalalı inək deyil bir yanıbalalı və boğaz olduğu məlum olmayan inək verilib
• Heyvanlar süd vermir
• Heyvan öz balasını südlə doyura bilmir
• Bu heyvanlardan xeyir götürə bilmir
• Nəyin ki 3600 manat, heç onun yarısı qədər heyvanın qiymətinin yoxdur
• Verilən heyvanlara baxmaq üçün kreditə pul götürməklə onları otla təmin edir
Ailəsindən iki nəfər əlildir və yaşayış durumu getdikcə çətinləşirn Artıq redaksiyamıza durmadan artan müraciətlərdən çoxlarının narazıçılığı öz əksini tapır. ƏƏSMN-i bu görüntülərdən, həmçinin olunan şikayətlərdən xəbərdardısa niyə bu ciddi problemə biganə yanaşır? Fikrimizcə bu müraciətlər heç də təsadüfü deyil. Bəlkə bütün bunlar sakinlərin uydurduğu və ya düzüb qoşduğu bir oyundur. Təqdim olunan kadrları gördükdə insan istər-istəməz düşünməyə başlayır. Bəlkə də yox, bu elə ƏƏSMN-nin yerli sakinlərə qarşı bir tələdir? Niyə sənəddə məbləği qeyd olunan heyvanlar əvəzinə heç nəyə yaramayan heyvanlar verilir? Hansısa tərəfin bu lahiyədə maddi maraqlarının olması şübhəsi yaranır. Video materialda da gördüyümüz kimi məşğulluq idarəsinin vətəndaşa verdiyi sənəddə iki baş yanı balalı heyvan verildiyi qeyd olunub. Halbuki bunun bu cür olmadığını aydın şəkildə görürük. Bu cür nüansların olduğu müddətdə şikayətlərin sayı günü-gündən artacaq və aidiyyatı qurumlara qarşı sakinlərin aqressiyasının yaranmasına səbəb olacaq. Çətin durumda ailəsini güc-bəlayla dolandırmağa çalışan vətəndaşların vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da çətinləşdirən qurum və müəssisə məmurları öz istədiklərini edirlər. Yenə də zərərçəkən tərəf siravi insanlar olur.


Əlil ailəsinə hansı məmur ziyan vurdu/VideoƏlil ailəsinə hansı məmur ziyan vurdu/Video




Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər