hadise
18.12.2018, 16:22
Metroda dəhşətli olay: Özünü qatarın altına atdı

Ankarada Atatürk Kültür Merkezi metro stansiyasında bir nəfər intihar edib. Bu səbəbdən metronun hərəkəti dayandırılıb. dogruxeber.tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı hələlik bəlli olmayan həmin şəxs stansiyaya yaxınlaşan metronun önünə atlayıb. Oradakı vətəndaşlar hadisə ilə bağlı səlahiyətli şəxslərə məlumat verib.
Hadisə yerinə gələn səhiyyə işçiləri onun öldüyünü təsbit edib. Hadisə ilə bağlı polis əməkdaşları araşdırmaya başlayıb.


