hadise
20.12.2018, 16:56
Bakını iflic edən “Gelandewagen”nin görüntüləri – FOTO

Bakıda ötən gün akademik Şəfayət Mehdiyev küçəsində baş verən qəzadan görüntülər yayılıb
Zəncirvari qəza zamanı hər üç avtomobil – “Mercedes C class”, “Mercedes S class” və “Gelandewagen” markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza nəticəsində “Gelandewagen” markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.BAKU.WS


