“Azərbaycanda sərhəd qoşunları da Qarabağa hücum üçün hazırlanıb…” – Erməni hərbi ekspert













Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində yerləşdirilməsinin açıqlanmasının ardınca Yerevanda yaranmış panika səngimir.

Bu dəfə erməni hərbi ekspert, keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyan “168 jam” qəzetinə müsahibəsində mövzunu şərh edib. Onun fikrincə bu addım Azərbaycanın Qarabağı geri almaq üçün yeni hücum əməliyyatlarına başlamağa hazırlıq görməsinin əlamətidir.

“Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı onların döyüş əməliyyatlarına tam cəlb edilməsi nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarının qismində təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”-Camalyan deyib.

Erməni hərbi ekpert onu da bildirib ki, Ermənistan nəinki 5 rayon, heç bir qarış torpaq da geri qaytarmamalıdır. Onun sözlərinə görə, hansı hakimiyyət Azərbaycana torpaq qaytarmağa razılıq versə dərhal populyarlığını və legitimliyini itirəcək. David Camalyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ ətrafındakı 5 rayonunun boş olduğu haqda dediklərinin “düzgün olmadığını” bildirib. Deyib ki, həmin rayonlarda, o cümlədən Zəngilan, Füzuli və Cəbrayılda “onlarla erməni yaşayış məntəqələri” salınıb.

Son xəbərlər

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Bütün xəbərlər